İsrailin son hücumunda Tehranda 12 məntəqə hədəf alındı


İsrailin Tehrana həyata keçirdiyi son hücumda şəhərdəki 12 məntəqənin hədəf alındığı açıqlanıb.



İran mətbuatında yer alan xəbərlərə görə, Tehran valisi Məhəmməd Sadiq Mutəmidian Tehrana qarşı həyata keçirilən hücumlarla bağlı açıqlama verib.



Mutəmidian bildirib ki, bu səhər Tehran vilayətində 12 nöqtə İsrail tərəfindən hücuma məruz qalıb.



O, İsrailin Tehrana qarşı hücumları nəticəsində 120 binanın tamamilə dağıldığını, 500 binanın isə zərər gördüyünü qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu