İsrail Tehrana qarşı yeni hücum dalğası başlatdığını elan etdi

İsrail ordusu İranın paytaxtı Tehranı hədəf alan yeni bir hücum dalğasına başladığını açıqlayıb.
Ordudan verilən yazılı bəyanatda bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri hazırda Tehran bölgəsində bir sıra hücumlar həyata keçirir.
Bu açıqlamadan qısa müddət əvvəl İsrail ordusu hücumla bağlı xəbərdarlıq edərək, Tehranda geniş bir ərazinin boşaldılmasını tələb etmişdi.
Digər tərəfdən, İsrail ordusu gün ərzində əsasən paytaxt Tehran olmaqla, İranın müxtəlif nöqtələrinə hücumlarını davam etdirib.