İsrail Tehrana və bəzi bölgələrə hücum edir

İsrail ordusu İranda paytaxt Tehran da daxil olmaqla bir çox bölgəyə şiddətli hücumlar həyata keçirir.
Tehranın mərkəzində eşidilən partlayış səsləri əsasən paytaxtın qərb hissəsindən gəlir. Son yarım saat ərzində hava hücumundan müdafiə sistemləri intensiv şəkildə işə düşüb.
Digər tərəfdən, Tehran səmasında ilk dəfə olaraq qırıcı təyyarələr görünüb.