İsrail Mehrabad Hava Limanı yaxınlığını vurdu

İsrailin İranın qərbində yerləşən Mehrabad Hava Limanı yaxınlığını vurduğu açıqlanıb.
Mehrabad Hava Limanı ətrafının hədəf alınmasından sonra bölgədə tüstü yüksəldiyi müşahidə olunub.
Digər tərəfdən, uzun müddətdir Tehranın mərkəzində pilotsuz uçuş aparatlarının (PUA) səsləri və aralıqla baş verən güclü partlayış səsləri eşidilir.
Hava hücumundan müdafiə sistemləri də uzun müddətdir hədəflərə qarşı cavab vermək üçün işə salınır.