Gəncədə müəllimlər qəzaya düşdü: 4 nəfər xəsarət alıb


Bu gün Gəncə şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.



Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.



"VAZ 2107” markalı avtomobilin "Ford” markalı maşınla toqquşması nəticəsində Şəmkir rayon sakinləri - 1967-ci il təvəllüdlü Rəna Əhmədova, 1969-cu il təvəllüdlü Məlahət Eyyubova, 1991-ci il təvəllüdlü Zəkiyə Heydərova və 1985-ci il təvəllüdlü Vasif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.



Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətləri kafidir.



Qəzaya düşən şəxslər Şəmkir rayon Sabir kənd orta məktəbinin müəllimləridir. Onlar müəllimlərin Gəncədə keçirilən sertifikasiya imtahanında iştirak etmək üçün Şəmkirdən gəlibmiş.



//Qafqazinfo




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu