Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ cavab verəcək

Tehran nüvə proqramını bərpa edərsə, ABŞ İranı yenidən vuracaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, bu haqda alyansın sammiti çərçivəsində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə danışıb.
"Belə bir cəhd olsa biz eyni davranacağıq. Amma mən bundan artıq narahat deyiləm. Çünki uzun illə hələ bu fəaliyyəti bərpa etmək çox çətin olacaq, hər şey dağıdılıb".