Suriyada Ciblah və Baniyasda güclü partlayışlar


Suriyanın sahilyanı CiblahBaniyas şəhərlərində bir neçə güclü partlayış baş verib.



AFN.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.



"Əl-Mayadeen" telekanalının məlumatına görə, bölgədə azı 10 partlayış qeydə alınıb.



Ərazidəki partlayışlara keçmiş hərbi obyektlərdən birində yerləşən mərmilərin partlaması səbəb olub. "Partlayışlar keçmiş hərbi obyektlərdən birində baş verən yanğın nəticəsində baş verib və nəticədə orada yerləşən bir neçə raket partladılıb" - deyə məlumatda bildirilir.



Hadisənin başqa təfərrüatları açıqlanmayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu