NATO Rusiyaya qarşı ritorikanı yumşaldır – yeni kommünike


NATO Haaqada baş tutan sammitdən sonra qəbul ediləcək bəyanatda Rusiyaya qarşı ritorikasını yumşaldıb.



AFN.az xəbər verir ki, bu barədə The Daily Telegraph qəzeti əldə etdiyi kommünikeyə istinadən məlumat yayıb.



Bildirilir ki, NATO-nun 32 üzvü təhlükəsizliyi öz təhlükəsizliyinə töhfə verən Ukraynanı dəstəkləmək üçün güclü suveren öhdəliklərini bir daha təsdiqləyir və bu məqsədlə müttəfiqlərin müdafiə xərclərini hesablayarkən Ukraynanın müdafiə və onun müdafiə sənayesinin ehtiyaclarına birbaşa töhfələri nəzərə alacaqlar.



Nəşr qeyd edir ki, ötənilki sammitin ardınca alyans yekun kommünikeyə “Rusiyanın tammiqyaslı işğalı” barədə bəyanat daxil edib və “Ukraynanın NATO-da gələcəyi”ndə israr edib. 2023-cü ildə yekun bəyanatda Rusiya Federasiyasına qarşı “Ukraynaya qarşı müharibə” ittihamı yer alırdı.



"Hazırkı sammitdən sonra qəbul ediləcək kommünikenin həcmi keçən ilki həcminin yalnız təxminən 10 faizini təşkil edəcək - 2024-cü ildə Vaşinqtonda keçirilən görüşün yekun bəyanatındakı 5000 sözə qarşı indi 400 söz. Bu, məqsədyönlü şəkildə edilib ki, sənədi ABŞ prezidenti Donald Trampı hərbi xərclərin artırılması məsələsinə yönəltsin", - deyə qəzetdə dərc olunan məqalədə bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu