Faytonçu Nazim onu əməliyyat edən həkimdən 50 min manat alıb


"Faytonçu Nazim" ləqəbli Nazim Pişyari illər öncə "Elmed" klinikasının çərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzminat alıb.



AFN.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sənətçi özü danşıb.



Nazim Pişyari bildirib ki, həkimin imcinə zərbə vurub:



"Elmed" klinikasının cərrahı Elman Əzimovla məhkəmə davamız uzun çəkdi. Amma qərar sonda mənim xeyrimə bitdi. Həkimdən 50 min manat təzminat aldım. Həmin vaxt xəstəxanada xərclədiyim bütün vəsaiti geri ala bildim. Həmin pulu yavaş-yavaş xərclədim. Hadisə 2017-ci ildə olub, indi 2025-ci ildir. O vaxtdan pul qalar? İkincisi də həkimə böyük zərbə vurdum. Məsələ ictimailəşən kimi onun həkimlik statusuna zərbə dəydi. Məhkəmə prosesi gedəndə onu hər yerdə sıxırdılar. Ölkədən çıxa bilmədi, işləyə bilmirdi. Məhkəmə gedən vaxt onu işdən tədric eləmişdilər. Hardasa 4-6 ay işləmədi. Bu da bilirsiniz də nə deməkdir?"



Qeyd edək ki, Nazim Pişyari 2017-ci ildə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Müğənni ondan sonra İsrailTürkiyədə bir neçə əməliyyat keçirib.



Bakıya qayıdan müğənni səhhəti qaydasına düşən kimi həkimin ciddi cəzalandırılması tələbi ilə Baş Prokurorluğa, Bakı şəhər ProkurorluğunaBinəqədi rayon Prokurorluğuna müraciət edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu