Orban: NATO-nun Ukrayna ilə əlaqəsi yoxdur

NATO-nun Ukraynailə heç bir əlaqəsi yoxdur.
AFN.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban NATO-nun Haaqa sammitinin plenar sessiyası başlamazdan əvvəl jurnalistlərlə qısa söhbəti zamanı deyib. Onun sözlərinə görə, Ukrayna Şimali Atlantika Alyansının üzvü deyil.
"NATO-nun Ukraynada heç bir əlaqəsi yoxdur. Ukrayna Rusiya kimi NATO-nun üzvü deyil. Və mən öz vəzifəmi bu mövqeyi qorumaqda görürəm", - Orban deyib.