Orbana Aİ və NATO-dan çıxaraq Putinlə ittifaq yaratmaq təklif edildi


Polşa Xarici İşlər Nazirliyi Macarıstanın baş naziri Viktor Orbana Rusiya diktatoru Vladimir Putinlə ittifaq yaratmağı təklif edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Teofil Bartoşevski bildirib. O, Aİ və Qərbin “yalan” siyasətini, eləcə də Polşanın “ikiüzlülüyünü” tənqid edən Orbanın son açıqlamalarına belə cavab verib.

Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Macarıstanın baş nazirindən fərqli olaraq, onun ölkəsi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiya ilə iş görmür, çünki bu, həm Polşaya, həm Avropa Birliyi və NATO-ya, həm də ABŞ-a hücum kimi dəyərləndirilir.

Bundan əlavə, diplomat Macarıstanın Aİ və Şimali Atlantika Alyansına üzvlüyünün zəruriliyinə şübhə edib. O, Orbanın ölkəsinin niyə bu qədər bəyənmədiyi təşkilatların üzvü qalmaq istədiyini və guya Macarıstana pis münasibət bəsləndiyi iddiasını başa düşmədiyini deyib.

“Niyə o (Orban – red.) Putinlə və bu tipli bəzi avtoritar dövlətlərlə ittifaq yaratmır? Sən hansısa klubun üzvü olmaq istəmirsənsə, hər zaman ayrıla bilərsən" - deyə Bartoşevski qeyd edib.

Həmçinin Polşa XİN rəhbərinin müavini xatırladıb ki, Viktor Orban hazırda Polşanın Ukraynaya verdiyi hərbi texnikanın əvəzini ödəmək üçün Aİ-dən almalı olduğu 2 milyard zlotıya mane olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu