Stoltenberq: Orban Moskva səfərindən əvvəl NATO-ya məlumat verib


NATO-nun baş katibi Yens Stoltenberq Macarıstanın baş naziri Viktor Orbanın Avropa İttifaqının sərt reaksiyası ilə qarşılandığı Moskvaya səfərindən əvvəl NATO-nu məlumatlandırdığını və səfərin nəticələrinin növbəti həftə Vaşinqton Sammitində müzakirə olunacağını bildirib.



NATO-nun baş katibi Yens Stoltenberq iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO Sammiti öncəsi mətbuat konfransı keçirib.

NATO üzvü olan və Avropa İttifaqına (Aİ) sədrlik edən Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya mübahisəli səfəri ilə bağlı fikrini soruşduqda, Stoltenberq, "Macarıstana səfəri barədə bizə məlumat verib” deyib.

Macarıstanın Ukraynadakı müharibədən Rusiyanın məsuliyyət daşıdığına dair müttəfiqləri ilə eyni fikirdə olduğunu ifadə edən Stoltenberq, "Təbii ki, Orban bu görüşlərdə NATO-nu təmsil etmir, öz ölkəsini təmsil edir" ifadələrini işlədib.

Orbanın Moskvaya səfərinin Vaşinqton Sammiti öncəsi Alyansın birliyinə mənfi təsir edib-etməyəcəyi sualına Stoltenberq bildirib ki, o, bütün müttəfiqlərin bir daha Ukraynadakı müharibəni pisləyən və bu ölkənin ərazi bütövlüyünü dəstəkləyən mövqe tutacaqlarına əmindir.

Stoltenberq Macarıstanın NATO-nun Ukraynaya dəstək planlarında iştirak etməyəcəyini, lakin buna mane də olmayacağını açıq şəkildə öhdəsinə götürdüyünü vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu