Orban AB-nin reaksiyalarına baxmayaraq Moskvaya gedir


Avropa Birliyinə sədrlik edən Macarıstanın baş naziri Viktor Orban AB-nin reaksiyalarına baxmayaraq, Rusiyanın paytaxtı Moskvaya səfər edəcəyini açıqlayıb.



Macarıstanın baş naziri, Avropa İttifaqının (AB) dövr prezidenti Viktor Orban sosial media hesabından verdiyi açıqlamada, "Sülh missiyası davam edir. İkinci dayanacaq Moskvadır" ifadələrini işlədib.

İyulun 1-də 6 aydan bir AB-yə üzv ölkələrin dönəm sədrliyini təhvil alan Orbanın iyulun 2-də Kiyev səfərindən sonra da Moskvaya gedəcəyi ilə bağlı iddialar dünən mətbuatda yer alıb.

Orban bu səhər yayımladığı mesajında ​​məqsədinin Birliyi təmsil edərək danışıqlara başlamaq deyil, yalnız sülhə doğru ilk addımların atılmasına xidmət etmək olduğunu bildirib. Orban Rusiyaya səfər edib prezident Vladimir Putinlə görüşəcəyi ilə bağlı iddialara aydınlıq gətirməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu