Stoltenberq və Zelenski Vaşinqton sammitini müzakirə ediblər
NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlığı müzakirə edib.
Avropa İttifaqı (Aİ) sammitində iştirak etmək üçün Brüsselə səfər edən Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun mənzil-qərargahına baş çəkib və baş katib Yens Stoltenberqlə bağlı qapılar arxasında görüş keçirib.
NATO-nun görüşdən sonra verdiyi yazılı açıqlamada Stoltenberq və Zelenskinin Vaşinqton Sammitinə hazırlıqları müzakirə etdiyi bildirilib.