Aİ atəşkəslə bağlı İrana “diplomatik prosesə qoşul” çağırışı etdi


Avropa İttifaqı () Komissiyasının sədri Ursula fon der Leyen İsrail–İran atəşkəsini məmnunluqla qarşıladıqlarını bildirərək, İrana diplomatik prosesə qoşulmaq çağırışı edib.



Fon der Leyen ABŞ tərəfindən elan edilən İsrail–İran atəşkəsi ilə bağlı sosial media hesabında açıqlama verib.



“Avropa Prezident Trampın elan etdiyi atəşkəsi məmnuniyyətlə qarşılayır,” – deyə o, bildirib və “Bu, gərginlik içində olan bir bölgədə sabitliyi yenidən bərpa etmək üçün mühüm addımdır. Bu, bizim ortaq prioritetimiz olmalıdır” deyə əlavə edib.



Fon der Leyen böhranın yalnız danışıqlar masasında həll edilə biləcəyini vurğulayaraq, “İranı etibarlı və ciddi bir diplomatik prosesə qoşulmağa çağırırıq” mesajını verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu