Fon der Leyen Avropa Komissiyasının yeni tərkibini açıqlayıb
Avropa İttifaqı növbəti beş il üçün Avropa Komissiyasının (AK) yeni tərkibini açıqlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, yeni tərkib Avropa Parlamenti tərəfindən təsdiqlənərsə, noyabrın 1-də işə başlamalıdır. Gələcək Avropa komissarları arasında portfellərin bölüşdürülməsini Avropa Komissiyasının təyin olunmuş prezidenti Ursula fon der Leyen təqdim edib.
AK rəhbəri yeni vəzifələr, o cümlədən müdafiə və kosmos üzrə Avropa komissarını və Aİ-nin genişlənməsi və Ukraynanın yenidən qurulması üzrə Avropa komissarını təyin edib.