Müəllim hər kəsin gözü önündə şagirdinə təcavüz etdi - ŞOK HADİSƏ
İstanbulda musiqi vəqfində təhsil alan 24 yaşlı Hazal A. həyatının kabusunu yaşayıb.
AFN.az "Sabah"a istinadən xəbər verir ki, 9 yaşından bəri məşq edən gənc qıza violonçel dərsi verən qvatemalalı dirijor S.G.M. evinə dəvət etdiyi şagirdinə başqalarının gözü önündə təcavüz edib.
Gənc qıza "Bu gecə dəlilik etməliyik, öpüşməklə başlamalıyıq" deyən dirijor Hazal A.-nın həyatını alt-üst edib. 33 yaşlı S. G. M.-dən 8 il violonçel dərsləri alan Hazal A. ötən ilin avqustunda onu evinə dəvət edən qvatemalalı dirijor tərəfindən sıxışdırılıb. Tez-tez ailəsi ilə görüşdüyü və ona “bacım” deyən müəlliminin təqiblərinə səssiz qalmayan Hazal A.-nın şikayəti əsasında cinayət işi açılıb. Lakin 10 ay ərzində S. G. M.-nin ifadəsi alınmayıb.
Yaşadığı olayı izah edən Hazal A. "Keçən il vəqf bağlananda mənə mesaj yazaraq evinə çağırmışdı. Evdə biri qadın olmaqla iki ev yoldaşı var idi. O, vaxtaşırı cinsi suallar verirdi. Mən şifahi təhqir və fiziki təmasdan sonra evdən çıxmaq istəyəndə şoka düşdüm. O, bu axşam dəlilik etməliyik, öpüşməklə başlamalıyıq deyərək getməyimə mane olmağa çalışdı. Mən panikaya düşdüm və qaçmağı bacardım.
Psixoloji dəstək alan Hazal A. S.G.M.-nin ifadəsinin alınmamasına heyrət etdiyini deyib. "Volonçel çala bilməyəcək hala gəldim" deyən gənc qız vəqfin onu bu prosesdə tək qoyduğundan şikayətlənib.