Türkiyənin məşhur aktrisası koronavirusa yoluxub


Türkiyənin məşhur aktrisası Hazal Kayaya COVID-19 diaqnozu qoyulub.



“Report” xəbər verir ki, “Pera Palas"da gecəyarısı” adlı serialda baş rolda oynayan sənətçi karantinə alınıb.

H.Kayanın koronavirus testinin nəticəsi pozitiv çıxandan sonra serial çəkilişlərinə 5 gün ara verilib. 30 yaşlı aktrisanın xəstəliyi yüngül keçirdiyi vurğulanıb.

Xatırladaq ki, Hazal Kaya Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən “Aşk-ı Memnu”, həmçinin “Adını Fəriha qoydum” serialları sayəsində məşhurlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu