Avropada qaz qiymətləri enməyə başladı


Avropada qaz qiymətləri İsrail–İran atəşkəsindən sonra təxminən 12 faiz geriləyib.



Avropada ən likvid qaz ticarət platforması olan Niderland mərkəzli virtual təbii qaz ticarət nöqtəsi TTF-də iyul ayı üzrə müqavilələrdə dünən 1 meqavatsaat üçün 40,5 avrodan bağlanan qiymətlər bu gün 10,1 faiz azalma ilə 36,4 avrodan açılıb.



Qiymətlər geriləməyə davam edərkən, təbii qazın meqavatsaati Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, bağlanışla müqayisədə təxminən 12 faiz azalma ilə 35,8 avrodan satılır.



Avropada qaz qiymətləri İsrailin İrana hücumları ilə başlayan qarşıdurmadan sonra Hörmüz boğazının bağlana biləcəyi və qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin kəsintiyə uğraya biləcəyi narahatlıqları səbəbindən son iki həftə ərzində dəyişkən dinamika sərgiləyirdi. Qiymətlər 19 iyun tarixində 41,9 avroya yüksələrək aprel ayının əvvəlindən bəri ən yüksək səviyyəyə çatmışdı.



Qeyd edək ki, Hörmüz boğazı qlobal LNG ticarətinin 20 faizinə ev sahibliyi edir. Bu boğazdan keçən LNG-nin böyük hissəsi Asiya ölkələrinə daşınsa da, təxminən 15 faizi Avropaya göndərilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu