Avropada qazın qiyməti düşüb


Avropa fyuçers bazarında qazın qiyməti bir gün əvvəl 10 faizdən çox artdıqdan yenidən 3,8 faiz azalma ilə min kubmetrə 876 dollar təşkil edib.


"Report" xəbər verir ki, Avropanın likvid mərkəzi olan Hollandiya TTF indeksi üzrə oktyabr qaz fyuçerslərinin qiyməti hərracdan sonra 4 faizə qədər azalıb.

Qeyd edək ki, gün ərzində qiymətlər min kubmetr üçün 920 dollara çatıb.

Xatırladaq ki, Avropa fyuçers bazarında qaz qiymətləri bu ay rekord qırıb. Ən çox artım sentyabrın 15-də keçirilən ticarət sessiyasında qeydə alınıb - 963,9 ABŞ dolları.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu