Tramp: İranın raketləri İsrailə ciddi ziyan vurdu


İran ballistik raketlərlə İsrailə ciddi ziyan vurub.



AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.



"İsrail xüsusilə son bir neçə gündə İranın ballistik raketlərindən çox əziyyət çəkdi. Onlar bir çox binaları dağıdıblar", - deyə amerikalı lider NATO-nun baş katibi Mark Rutte ilə alyans sammiti çərçivəsində keçirilən görüşdə deyib.



Eyni zamanda, Trampın sözlərinə görə, İsrail silahlı münaqişə zamanı özünü əla göstərib və ölkənin baş naziri Benyamin Netanyahu özü ilə fəxr etməlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu