Tovuzda oğlu tərəfindən qətlə yetirilən şəxs uzun müddət vəzifədə çalışıb - TƏFƏRRÜAT
Tovuz rayonunda qətlə yetirilən şəxs uzun müddət müxtəlif vəzifələrdə çalışıb.
AFN.az-ın "Report"a istinadən məlumatına görə, hadisədən əvvəl 1947-ci il təvəllüdlü Qamət Əliyev və oğlu, 1980-ci il təvəllüdlü Ceyhun Əliyev Bakı şəhərindən rayonun Hunanlar kəndində olan evlərinə gediblər.
Onlar yolda olan zaman qohumları Rasim Quliyevə zəng edərək evin sobasını yandırmasını və yemək-içmək hazırlamasını xahiş ediblər.
Ata və oğlu evə çatana qədər qohumları süfrəni hazırlayıb. R.Quliyevə də əyləşib yemək yeməsi təklif olunub, lakin o, mal-qaraya baxmalı olduğunu bildirib və evdən çıxaraq gedib.
Hadisə zamanı evdə C.Əliyevlə atası Q.Əliyev ikisi olub. R.Quliyev isə güllə səsini eşitdikdən sonra yenidən ora qayıdıb. O, evin həyətində C.Əliyevi görüb və nə baş verdiyini soruşub. Ceyhun cavabında atasını "Vinçestr" silahı ilə güllələdiyini deyib.
Q.Əliyev sinəsindən 5 güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə özü polisə zəng edərək cinayət hadisəsini törətdiyini bildirib.
Ata və oğul arasında daha əvvəl ciddi münaqişənin olmadığı bildirilir.
C.Əliyev ailəli olub, 2 övladı var. Onun övladlarından biri 10-15 gün öncə dünyaya gəlib. C.Əliyevin psixoloji problemləri olduğu, onun bir müddət Maşdağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə aldığı bildirilir.
Qətlə yetirilən şəxs uzun müddət Bakı şəhərində "Avtobaza"nın, "Taksi Park"ın və Təchizat İdarəsinin müdiri vəzifələrində çalışıb. Onun iki oğlu və bir qızı var.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Ata və oğul arasında daha əvvəl ciddi münaqişənin olmadığı bildirilir.
C.Əliyev ailəli olub, 2 övladı var. Onun övladlarından biri 10-15 gün öncə dünyaya gəlib. C.Əliyevin psixoloji problemləri olduğu, onun bir müddət Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə aldığı bildirilir.
Qətlə yetirilən şəxs uzun müddət Bakı şəhərində "Avtobaza"nın, "Taksi Park"ın və Təchizat İdarəsinin müdiri vəzifələrində çalışıb. Onun iki oğlu və bir qızı var.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.