Dörd nəfəri öldürmüş şəxsin vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar - ŞOK TƏFƏRRÜAT


Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi ilə bağlı cinayət işində daha bir təfərrüat ortaya çıxıb.


Fuad Cəlilzadə ilə qətlə yetirilən qardaşlar Amin Quluzadə və Xəyal Quluzadə uzun müddət münaqişədə olublar.

Hadisə baş verən gün qardaşlar Fuad Cəlilzadənin evinin damını daşlayıb, onun bu yaxınlarda vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar.

Bundan sonra Fuad Cəlilzadə özünə məxsus ov silahı ilə ora gedib və hər iki qardaşı güllələyib.

Hadisə yerində olmuş şəxslərin dediyinə görə, qətlə yetirilən qardaşların birinin əlində bıçaq olub.

Fuad Cəlilzadə daha sonra qardaşların yaşadığı evə gələrək onların valideynləri Nadir Quliyev və Tərgül Quliyevanı da güllələyib.

Fuad Cəlilzadə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək cinayət törətdiyini etiraf edib.

Qeyd edək ki, Fuad Cəlilzadə kənddə heyvandarlıqla məşğul olub.

APA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu