Tramp Pauelə qarşı faiz dərəcələri ilə bağlı tənqidlərini təkrarladı

ABŞ Prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin (Fed) rəhbəri Cerom Pauelin bu gün Konqresdə edəcəyi çıxış öncəsində ona faiz dərəcələri ilə bağlı yönəltdiyi tənqidlərini yenidən səsləndirərək, “Ümid edirəm ki, Konqres bu çox axmaq və dikbaş adamın həqiqətən üstünə gedər” ifadəsini işlədib.
Tramp Truth Social sosial şəbəkəsində Pauelin bu gün ABŞ Konqresində edəcəyi çıxışla bağlı paylaşım edib.
Pauelin Konqresdə faiz dərəcələrini niyə endirməkdən imtina etdiyini izah etməsini gözlədiyini bildirən Tramp “Avropada 10 dəfə faiz endirildi, bizdə isə sıfır. İnflyasiya yoxdur, iqtisadiyyat olduqca yaxşı vəziyyətdədir” deyə əvvəlki fikirlərini təkrarlayıb.
Faiz dərəcəsinin ən azı 2–3 bənd aşağı olması lazım olduğunu vurğulayan Tramp, bu halda ABŞ-ın illik 800 milyard dollar qənaət etmiş olacağını iddia edib.
Tramp “Ümid edirəm Konqres bu çox axmaq və inadkar adamın üstünə gedər” ifadəsini yenidən təkrarlayıb.
Pauelə tez-tez müraciət etdiyi “çox gecikən” ləqəbini bir daha istifadə edən Tramp, ABŞ-ın onun bacarıqsızlığının qarşılığını uzun illər boyu ödəyəcəyini irəli sürüb.