Tramp FED sədri Paueli istefaya göndərmək fikrində olmadığını bildirib

ABŞ prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli istefaya göndərmək fikrində olmadığını bildirib.
Tramp daha əvvəl faiz dərəcələrini azaltmağı ləngitməkdə günahlandırdığı və işdən qovulmalı olduğunu dediyi Pauel haqqında Oval Ofisdə jurnalistlərə danışıb.
Əvvəlki açıqlamalarının əksinə olaraq Tramp Paueli işdən çıxarmağı düşünmədiyini bildirib və FED sədrinin faiz dərəcələrinin aşağı salınmasında bir az daha fəal olması lazım olduğunu vurğulayıb.
"Biz FED-in faiz dərəcələrini aşağı salması lazım olduğunu düşünürük. Düşünürük ki, bu, dərəcələri endirmək üçün mükəmməl zamandır. Pauel gec deyil, tez bir zamanda bu məsələ ilə bağlı hərəkətə keçəcək", - deyə Tramp bildirib.
Digər tərəfdən, Tramp aprelin 17-də Pauelin faiz dərəcələrini azaltmaqda çox gec qaldığını və səhv olduğunu bildirib və dərhal işinə son verilməsini tələb edib.