Kürdəmir icra başçısının xanım müavini vəzifədən azad edilib


Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərindən birini vəzifəsindən azad edib.



İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı müvafiq əmr imzalayıb.



Əmrə əsasən, başçının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli vəzifəsindən azad olunub.



Qeyd edək ki, 1975-ci il təvəllüdlü V.Əsgərli 10 ildən çoxdur icra başçısının müavini vəzifəsində işləyirdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu