Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb


Cəlilabad rayon icra hakimiyyəti başçısının müavini tutduğu vəzifədən azad edilib.


Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova vəzifəsindən azad edilib.

İcra hakimiyyətindən bildirdilər ki, Elnarə Həsənova öz ərizəsi ilə işdən çıxarılıb. Qeyd edək ki, o bu vəzifəyə 2019-cu ildən təyin edilib.

Hazırda onun yerinə təyinat olmayıb. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu