Rusiyada şagirdlər Ukraynaya qarşı müharibəyə cəlb olunur


Rusiyanın Barnaul şəhərində Ukraynada müharibə üçün istifadə olunan pilotsuz uçuş aparatlarının və ya pilotsuz təyyarələrin təmiri üçün şagirdlər işə götürülüb.


AFN.az-ın məlumatına görə, Barnaul şəhərindəki 53 nömrəli məktəbin rəhbərliyi pilotsuz təyyarələri təmir edib Ukraynadakı müharibədə rus əsgərlərinə köməinə göndərmək qərarına gəlib. Bu barədə “Novosti Altaya” xəbər agentliyi məlumat yayıb.
Bu təhsil müəssisəsi zədələnmiş kvadrokopterləri qəbul edəcəyini açıqlayıb. Dronları müəllimlər və tərbiyəçilər təmir ediblər. 53 saylı məktəbdə daha çox mühəndislik işləri aparılır və uşaqlara 3D modelləşdirmə dərsləri keçirilir. Rusiyanın bir sıra digər regionlarında, o cümlədən Rostov, Samara və Başqırdıstanda səfərbər olan əsgərlər üçün paltar tikmək üçün şagirdlər və tələbələr işə götürülürdü.
Qeyd edək ki, noyabrın 21-də Rusiya hakimiyyəti "Ukraynada müharibəyə gedən əsgərlərə dəstək kampaniyası"nda fəal iştirak edən ölkənin 18 kollecinə mükafatlar təqdim edib. Bu arada Ukraynada müharibə iştirakçıları üçün tuşpusu hazırlayan Saxalin texniki məktəbi mükafata layiq görülüb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu