Rusiya İrandan yeni PUA-lar alıb
Rusiya İran istehsalı olan pilotsuz uçuş aparatlarının yeni partiyasını alıb.
AFN.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi “Twitter”də kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Xüsusilə, üç həftə ərzində ilk dəfə olaraq İran istehsalı olan pilotsuz uçuş aparatlarının hücumları ilə bağlı xəbərlər yayılıb. “Bu hadisələr hələ təsdiqini tapmayıb. Lakin çox güman ki, Rusiya bir neçə yüz ədəd “Şahed-131” və “Shahed-136” pilotsuz uçan aparatlarından ibarət əvvəlki ehtiyatı tükənib və indi əlavəsini alıb”-məlumatda belə deyilir.
Kəşfiyyat qeyd edir ki, 2022-ci il dekabrın 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 17 pilotsuz uçan aparatın, o cümlədən 14 ədəd “Şahed-136” kamikadze dronunun vurulması barədə məlumat verib. Dekabrın 7-də isə Ukrayna rəsmiləri Rusiyanın Zaporojye və Dnepropetrovsk vilayətlərini vurmaq üçün İranın pilotsuz təyyarələrindən istifadə etdiyini bildiriblər.
M.Vahidli