Rusiyanın Ukraynaya göndərdiyi 14 "Şahed"in əksəriyyəti vurulub - Baş Qərargah


Rusiya qoşunları dünən gecə saat 23:00-dan bu gün səhərə kimi İran istehsalı olan kamikadze pilotsuz təyyarələrlə Ukraynaya hücum edib.


AFN.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat açıqlayıb. Rusların ölkənin şimal və qərb bölgələrində 14 ədəd “Şahed” tipli PUA-dan istifadə etdiyi bildirilir. Əvvəllər bu tipli 11 pilotsuz təyyarə Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Məlum olub ki, 2022-ci ilin sentyabrından Ukrayna hərbçiləri Rusiya qoşunlarının Ukrayna ərazisinə göndərdiyi 650-dən çox qanadlı raket və 610-dan çox kamikadze pilotsuz uçan aparatı məhv edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu