Rusiyanın müharibəyə xərcləməyə pulu qurtarır
Kremlin Ukraynaya qarşı müharibə aparmaq üçün kifayət qədər pulu yoxdur. Rusiya hakimiyyəti iri xammal istehsalçılarından və dövlət şirkətlərindən vəsait çıxarmağa hazırlaşır.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Agentliyin xəbərində qeyd edilir ki, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar qeyri-müdafiə xərclərini azaltmağı planlaşdırır. "Baş nazir Mixail Mişustin hələ dekabr ayında Rusiya rəsmilərinə göstəriş verib. Belə nəticə çıxır ki, dövlət şirkətlərindən dividendlər, kömür hasilatı şirkətləri və gübrə istehsalçılarından “birdəfəlik ödənişlər” əhəmiyyətli dərəcədə artacaq.
Sənəddə bildirilir ki, Xersondan 100 min nəfərin Rusiya ərazisinə köçürülməsi üçün 175 milyard rubl əlavə xərc ayrılmalıdır. Nəşr qeyd edib ki, bu, Rusiya hakimiyyətinin şəhərin geri alınmasının qeyri-mümkünlüyünü etiraf etdiyini göstərə bilər.
Eyni zamanda bildirilir ki, yığılmış pullar Ukraynada genişmiqyaslı müharibə ilə bağlı xərcləri ödəməyə yönləndiriləcək. Qeyd olunur ki, dividendlərin məbləği və ya birdəfəlik ödənişlə bağlı qərar hələ qəbul edilməyib. Lakin Kreml dövlət şirkətlərinin xalis mənfəətinin 50 faizindən aşağı olmayan səviyyədə rüsumlar təyin etməyə çalışacaq.
Media 20 il ərzində Rusiyanın yerüstü döyüş gəmilərinə 4,5 milyard dollardan çox sərmayə qoyduğunu, lakin Hərbi Dəniz Qüvvələrindəki korrupsiyaya görə 16 il ərzində yalnız 33 yeni döyüş gəmisinin buraxıldığını yazır.
Öz növbəsində, maliyyəçi Bill Brauder bildirib ki, Ukraynaya qarşı müharibəyə xərclənməsi nəzərdə tutulan pulun 80 faizi Rusiya rəsmiləri tərəfindən oğurlanıb.
May ayında aparılan hesablamalara görə, Kreml Ukrayna ilə müharibəyə hər gün 900 milyon dollar xərcləyir . Bura əsgərlərə ödənişlər, onların döyüş sursatı və raketlərlə təminatı, həmçinin zədələnmiş hərbi texnikanın təmiri xərcləri daxildir.
Noyabrın 19-da Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, müharibə və cəbhədəki məğlubiyyətlərə görə Rusiya 2023-cü il üçün müdafiə sektoru üçün büdcə xərclərini əhəmiyyətli dərəcədə artırır".
M.Vahidli