Norveç Müdafiə Nazirliyi: “Rusiya Ukraynada böyük itkilər verib”


“Rusiya Ukraynada, xüsusilə quruda böyük itkilər verib”.



AFN.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna rəğmən, Rusiya hava və dənizdəki imkanlarını qoruyub saxlayır: “Zəifləmiş Rusiyanın daha az təhlükəli olduğunu düşünmək olmaz. Biz daha aqressiv Rusiya ilə qarşı-qarşıyayıq”.

Bildirilib ki, Rusiya gözlənilməz addımlar ata bilər: “Rusiya indi müdafiə imkanlarından daha çox nüvə potensialına arxalanır və bu, hamını narahat etməlidir”.

Rusiya ilə Çin arasında əməkdaşlığı və onun necə inkişaf etdiyini də diqqətlə izləmək lazımdır: “Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsi Avropanın təhlükəsizlik mənzərəsini kökündən dəyişəcək”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyun ayından əks-hücum əməliyyatları keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu