Moskvada Əbdürrəhman Vəzirovla vida mərasimi başlayıb


Moskva şəhərinin Troekurov qəbiristanlığında Azərbaycanın keçmiş rəhbərlərindən Əbdürrəhman Vəzirovla vida mərasimi keçirilir.


“Report” xəbər verir ki, mərasimdə Ə.Vəzirovun yaxınları, o cümlədən oğlu Eldar çıxış edib.

Sonra Quran ayələri oxunub.

Ə.Vəzirov sağlığında həyat yoldaşı İrinanın yanında dəfn olunmağı vəsiyyət edib.

1930-cu ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulan Ə.Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1990-cı ilin yanvar faciəsindən sonra Rusiyaya gedib və ömrünün qalan hissəsini bu ölkədə yaşayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu