Rəhim Rəhimli dəfn olunub

Sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak ediblər.
12:50
Ötən gecə dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli ilə vida mərasimi başa çatıb.
Mərasimdə mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak ediblər.
R.Rəhimli Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.
10:21
Ötən gecə dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli ilə vida mərasimi başlayıb.
“Report” xəbər verir ki, mərasim onun Fəvvarələr meydanının yaxınlığında yerləşən evində keçirilir.
Mərasimdə mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak edirlər.
Vida mərasimi bitdikdən sonra mərhum Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, R.Rəhimli ötən gecə yaşadığı evdə ürəktutmasından dünyasını dəyişib.