Əməkdar jurnalist Nəsir Əhmədli ilə vida mərasimi keçirilir


Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli ilə vida mərasimi keçirilir.


"Report"un Qərb bürosunun məlumatına görə, Əməkdar jurnalist Nasir Əhmədli ilə vida mərasimi onun doğulduğu Tovuz rayon Alakol kəndində keçirilir.

Vida mərasimində onun yaxınları ilə yanaşı ictimaiyyət və media nümayəndələri, ziyalılar da iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra mərhum Alakol kənd qəbristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olan N.Əhmədli 80 yaşında dünyasını dəyişib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu