"Əl-Cəzirə": HƏMAS İDF əsgərinin qalıqlarını İsrailə təhvil verdiyini iddia edir
HƏMAS hərəkatı dünən İsrailə təhvil verilən, hələlik naməlum qalıqların Qəzza zolağının şimalında döyüşlər zamanı cəsədi radikallar tərəfindən qaçırılan əsgərə aid olduğunu iddia edir.
AFN.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Hərəkatdakı mənbənin sözlərinə görə, hadisə 2024-cü ilin may ayında Cəbələ qaçqın düşərgəsində baş verib. Məlumatda qeyd olunur ki, ölən şəxsin adı hələlik açıqlanmır.
Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti bildirmişdi ki, İsrail Milli Məhkəmə Tibb İnstitutunun əməkdaşları ötən gün Qəzza zolağından alınan cəsədlərdən birinin şəxsiyyətini müəyyənləşdirə bilməyiblər.
