"Əl-Cəzirə": İsrail kamikadze robotlarla Qəzza xəstəxanasına hücum edib


İsrail Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına ilk dəfə olaraq kamikadze robotlarından istifadə edərək yeni hücumlar həyata keçirib.


AFN.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, İsrail hərbçiləri xəstəxananı tanklardan atəşə tutur, həmçinin hücumçu dronlarından istifadə edir. Tibb müəssisəsində təxliyəsi demək olar ki, mümkün olmayan inkubatorlarda yeni doğulmuş körpələr də daxil olmaqla 400-ə yaxın mülki şəxs var. "Bu yaxınlarda iki hərbi robot xəstəxananın yaxınlığında partlayıb, ciddi dağıntılar törədib, 20-yə yaxın insan, həm heyət, həm də xəstələr xəsarət alıb. Partlayış çox yaxında baş verib və onlar ilk dəfədir ki, bu cür robotlardan istifadə edirlər", - deyə xəstəxananın direktoru Hüsam Əbu Səfiyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu