"Əl-Cəzirə": Qəzzanın şimalında xəstəxanada yemək qalmayıb


Qəzza zolağının şimalında yerləşən Kamal Advan Tibb Mərkəzi işçiləri və xəstələri qida ilə təmin edə bilmir.


AFN.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı xəstəxananın direktoru Hussam Əbu Səfiyəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Kamal Advan Xəstəxanası artıq xəstələrə bir dəfə belə yemək verə bilmir və gecə-gündüz işləyən tibb işçilərinə yemək təklif edə bilmir. "Bundan əlavə, biz daim qida çatışmazlığı və susuzluqdan əziyyət çəkən uşaqları və böyükləri qəbul edirik, lakin bizim ərzaq və dərmanımız çox azdır" - deyə xəstəxana rəhbəri bildirib.

Hussam Əbu Səfiyə həmçinin bildirib ki, hava hücumlarından sonra xəstəxanaya dağıdılmış binaların altında qalmış mülki şəxslərdən telefon zəngləri daxil olub, lakin onları xilas etmək mümkün deyil: “Təəssüf ki, ertəsi gün onların səsləri yox olur və onlar ölülər arasındadırlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu