İsrail ordusu Qəzzanın cənubunda girovların xilas edildiyini təsdiqləyib
İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet Qəzza zolağının cənubunda xilasetmə əməliyyatı zamanı HƏMAS-ın əlində olan girovlardan birini xilas edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İD və Şin Bet tərəfindən həyata keçirilən əməliyyat zamanı oktyabrın 7-də Qəzza zolağında HƏMAS terror təşkilatı tərəfindən qaçırılan Rahat şəhərindən olan Fərhan Əl-Qadi bu gün xilas edilib”, - deyə məlumatda bildirilir.
Mətndə qeyd edilir ki, xilas edilən şəxsin vəziyyəti normaldır, o, növbəti tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, əməliyyatla bağlı məlumatı "Al Hadath" telekanalı yayıb.