Avstraliyanın baş nazirinin və Trampın oğlunun şəxsi nömrələri internetdə yayımlandı
Avstraliya Baş naziri Anthony Albanese və ABŞ Prezidenti Donald Trampın oğlu Donald Trump Jr-nun şəxsi telefon nömrələrinin ABŞ-da fəaliyyət göstərən bir internet saytında yayımlandığı bildirilib.
BBC-nin məlumatına görə, etik səbəblərlə saytın adı açıqlanmır. Sayt internetdən topladığı məlumatları süni intellekt vasitəsilə işləyərək dünyanın müxtəlif ölkələrindəki insanların əlaqə məlumatlarını paylaşır.
Albanesenin ofisi açıqlayıb ki, məlumatdan xəbərdardır və yerli orqanlar məsələyə baxır.
Avstraliyada əsas müxalifətdə olan Liberal Partiyanın lideri Sussan Leyin sözçüsü də Leyin şəxsi nömrəsinin sayt vasitəsilə yayımlandığını təsdiqləyib və bildirib ki, bu, açıq şəkildə narahatlıq doğuran vəziyyətdir.
Saytın əsas məqsədi yüz minlərlə peşəkarın əlaqə məlumatlarını toplamaq və bunları əsasən işə qəbul və satış sahəsində kommersiya məqsədilə təqdim etməkdir.
BBC qeyd edir ki, sayt Albanesenin istifadə etdiyi şəxsi nömrəni və Donald Trump Jr-a aid bir xətti təsdiqləyib.
Platformada istifadəçilərə limitsiz sayda əlaqə məlumatına pulsuz çıxış imkanı verilir və əlavə məlumat üçün isə icazəsiz qeydiyyat seçimi təqdim olunur. Həmçinin şəxsi məlumatlarının silinməsini istəyən istifadəçilər üçün xüsusi müraciət forması yerləşdirilib.

