Çin Trampın Si ilə görüşdüyü iddiasını təkzib etdi

Pekin administrasiyası ABŞ prezidenti Donald Trampın Çin prezidenti Si Cinpinlə gömrük tarifləri ilə bağlı görüşdüyü iddiasını təkzib edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandıraraq, "Bildiyim qədər iki ölkənin dövlət başçıları arasında son vaxtlar telefon danışığı olmayıb" deyib.
"Bir daha qeyd etmək istərdim ki, Çin və ABŞ tariflərlə bağlı heç bir məsləhətləşmələr və ya danışıqlar aparmayıblar", - sözçüsü Quo deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 25-də “Time” jurnalına verdiyi müsahibədə daha sonra Papa Fransiskin dəfnində iştirak etməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada Çin Dövlət Başçısı Si Cinpinqlə tariflərlə bağlı danışdığını iddia edib və detalların lazımi vaxtda açıqlanacağını bildirib.