Misir prezidenti Trampa "Nil" ordeni verəcək


Misir Prezidenti ABŞ Prezidenti Trampa "Nil" ordenini təqdim edəcək

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Misir Prezidenti Abdəl Fəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampa ölkənin ən yüksək mükafatı olan "Nil" ordenini təqdim etməyə qərar verib.

Bu addım Trampın Qəzza sektorundakı münaqişənin dayandırılmasındakı rolu və göstərdiyi töhfələri qiymətləndirmək məqsədilə atılıb.

"Nil" ordeni həm misirlilərə, həm də xarici vətəndaşlara verilən yüksək dövlət mükafatıdır. Əvvəllər bu orden Kraliça II Elizabet, Yaponiya imperatoru Akihito, Nelson Mandela və sovet kosmonavtları Yuri Qaqarin, Andriyan Nikolaev və Valentina Tereşkova kimi şəxslərə təqdim olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu