Misir Prezidenti Qəzzada dərhal atəşkəs çağırışı edib


Qəzza sektorunda atəşkəs rejimi müvafiq razılaşma rəsmi olaraq imzalanmadan dərhal qüvvəyə minməlidir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdül Fəttah əs-Sisi bildirib.

Əs-Sisi bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerlə görüşündə deyib: “Qəzzada atəş dərhal dayandırılmalıdır, razılaşmanın imzalanmasını gözləmək lazım deyil”.

Prezidentin çıxışının mətni onun ofisi tərəfindən Facebook səhifəsində yayımlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu