Bəşər Əsəd zəhərlənmədən sonra xəstəxanadan buraxıldı


Suriyanın sabiq prezidenti Bəşər Əsəd Moskvada zəhərlənmə faktı ilə müraciət etdiyi xəstəxanadan evə buraxılıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Suriya İnsan Haqları Müşahidə Mərkəzi yayıb.

Mənbənin bildirdiyinə görə, Əsədin qardaşı Maher Əsədə onu ziyarət etmək qadağan olunub, lakin prezident aparatının sabiq rəhbəri Mansur Əzzama görüş icazəsi verilib.

Məlumata əsasən, zəhərlənmə cəhdinin məqsədi Rusiya hakimiyyətini gözdən salmaq və sabiq Suriya liderinin zəhərlənməsində Moskvanı günahlandırmaq olub.

Xatırladaq ki, yanvar ayında yayılan xəbərlərdə Əsədin Moskvaya gəlişindən sonra – ötən ilin dekabrında — zəhərlənməyə məruz qaldığı, səhhətinin pisləşməsi üzündən həkimə müraciət etdiyi və orqanizmində zəhər izlərinin aşkarlandığı bildirilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu