Suriyanın Rusiyadakı səfirliyi Əsədin Moskvada olmasını təsdiqləyib
Suriyanın Rusiyadakı səfirliyi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Rusiya paytaxtında olması barədə məlumatı təsdiqləyib.
AFN.az xəbər verir ki, diplomatik nümayəndəlikdən TASS-a bildirilib ki, Əsəd Moskvadadır. Lakin Suriya səfirliyi onların Əsədlə heç bir əlaqəsinin olmadığını bildirib.
Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. Daha sonra Kremldəki mənbə Əsəd və ailə üzvlərinin Moskvaya gəldiyini bildirib.