Bəşər Əsəd Suriyada yeni hökumətin qurulması ilə bağlı fərman imzalayıb
Suriya prezidenti Bəşər Əsəd yeni hökumətin formalaşdırılması haqqında fərman imzalayıb.
“Prezident Bəşər Əsəd Məhəmməd Qazi Əl-Cəlalinin rəhbərliyi ilə yeni hökumətin yaradılması haqqında fərman verib” - deyə SANA Agentliyinin məlumatında bildirilir. Qeyd edilir ki, Əl-Cəlali 2014-cü ilin avqustundan 2016-cı ilin iyuluna qədər rabitə və texnologiya naziri vəzifəsində çalışıb. 2008-2014-cü illərdə isə Rabitə Nazirliyində rəis müavini vəzifəsində işləyib.
Agentlik qeyd edib ki, Suriyanın yeni hökumətində xarici işlər naziri vəzifəsinə Bassam Sabbah, respublikanın vitse-prezidenti vəzifəsinə isə Suriyanın keçmiş xarici işlər naziri Feysəl Miqdad təyin edilib.
Bəşər Əsəd 2020-ci ildən icra hakimiyyətinə başçılıq edən Hüseyn Arnusu baş nazir postuna təyin edib. Yeni hökumət başçısının parlamentə milli iqtisadiyyatın sabitləşdirilməsi proqramını təqdim edəcəyi gözlənilir.