Livan mətbuatı açıqladı: Əsəd ailəsinin 2 üzvü saxlanıldı


Livan mətbuatında yer alan xəbərə görə, Suriyanın devrilmiş lideri Bəşər Əsədin əmisi oğlu və qızının saxta pasportlarla Livanı tərk etməyə cəhd edərkən saxlanıldığı bildirilib.


Livan mətbuatında əks olunan xəbərlərdə Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanında saxlanılıb. Əsəd ailəsinin adları açıqlanmayan üzvlərinin saxta Suriya pasportları ilə Livanı tərk etməyə cəhd etdikləri üçün saxlanıldığı bildirilib.

Bəşər Əsədin əmisi Rifat Əsədin oğlu olan Dureydin ailəsinin əvvəllər Livanda məskunlaşdığı və ya Əsəd rejiminin devrilməsindən sonra Livana gəlib-gəlmədiyi məlum deyil. Məsələ ilə bağlı Livan rəsmilərindən heç bir rəsmi açıqlama verilməyib.

Bəşər Əsədin əmisi Rifat Əsəd (86) Hafiz Əsədin köməkçisi olub. Beynəlxalq məhkəmələr tərəfindən ona qarşı hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə, xüsusən də 1982-ci ildə Həma qırğınına görə ittihamlar var.

2021-ci ildə Fransada korrupsiya və Suriya dövlət vəsaitlərindən qeyri-qanuni istifadədə təqsirli bilinən Rıfat Əsəd 4 il müddətinə azadlıqdan məhrum edilib. Suriya mətbuatında çıxan xəbərlərdə 2021-ci ildə Bəşər Əsədin əfv qərarından sonra əmisinin Dəməşqə döndüyü bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu