ABŞ-ın Qəzza üzrə atəşkəs planı HƏMAS-a təqdim edilib
Qəzzada münaqişənin dayandırılması ilə bağlı ABŞ planı artıq HƏMAS nümayəndə heyətinə təqdim olunub.
AFN.az xəbər verir ki, məlumatı Qətər telekanalı mənbələrə istinadən yayıb. Bildirilib ki, vasitəçi rolunu oynayan Misir və Qətər sözügedən sənədi Fələstin hərəkatının nümayəndələrinə çatdırıblar.
Mənbələrdən birinin sözlərinə görə, HƏMAS-ın danışıqlar heyəti vasitəçilərə təklifin məsuliyyətlə araşdırılacağı barədə vəd verib.
ABŞ planının HƏMAS-a təqdim olunmasını Misirin “Al-Kahira Al-Ikhbariya” telekanalı da təsdiqləyib.


