İsrail-HƏMAS vasitəçiləri beş-yeddi illik sülh təklif edirlər


İsrail və HƏMAS hərəkatı arasında danışıqlar prosesində Qətər və Misir vasitəçiləri Qəzza zolağında döyüşlərə son qoymaq üçün 5 ildən 7 ilə qədər müddətə atəşkəsə nail olmaq üçün yeni təklif irəli sürüblər.


AFN.az xəbər verir ki, bu barədə BBC HƏMAS-ın yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, plan İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların qarşılığında 2023-cü il oktyabrın 7-də Həmas tərəfindən tutulan bütün israilli girovların azad edilməsini nəzərdə tutur. Beş-yeddi illik atəşkəs həmçinin İsrail qoşunlarının Qəzzadan tam çıxarılmasını və hərbi əməliyyatların dayandırılması barədə rəsmi bəyannaməni tələb edəcək.

Eyni zamanda, HƏMAS hərəkatı vasitəçilərə anklavdakı hakimiyyətdən imtina etməyə və nəzarəti Fələstinin başqa bir siyasi qüvvəsinə, məsələn, Fələstin Milli Administrasiyasına və ya hansısa yeni təşkilata verməyə hazır olduğunu açıq şəkildə bildirib.

BBC mənbəsi Qətər və Misirin davam edən vasitəçilik səylərini qətiyyətli adlandırıb və HƏMAS-ın “görünməmiş çeviklik” nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, HƏMAS-ın yüksək rütbəli nümayəndə heyətinin məsləhətləşmələr üçün yaxın vaxtlarda Qahirəyə gələcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu