İsrail HƏMAS-a müvəqqəti atəşkəs təklif edib


İsrail Misir vasitəsilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamaq təklifini çatdırıb.


AFN.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Qahirə İsrailin təşəbbüsü ilə bağlı radikalları artıq məlumatlandırıb və qarşı tərəfin cavabını gözləyir. "Al Hadath" TV xəbər verir ki, İsrail tərəfinin irəli sürdüyü şərtlərdən biri də HƏMAS-ın tərksilah edilməsidir.

Hərəkat hələlik bu məlumatı şərh etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu